• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək? - Açıqlama

Tarix : 23-09-2025, 22:07 Oxunub : 135 Bölmə :Gündəm / Siyasət / Manşet

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb. Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.

Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək? - Açıqlama

Fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağın görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Maraqlıdır, vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az-a bildirib ki, vətəndaşlar benzin alarkən yol vergisi, aksiz və ƏDV-ni artıq ödəmiş olurlar:

“Məsələn, yağ alırsınız, elə bilirsiniz bu, ancaq məhsulun qiymətidir? Xeyr. Hər hansı bir məhsul alırsınızsa, onun içində vergilər var: 18 faiz vergi, işçinin xərci və s. Biz həmişə ödəyirdik, burada yeni bir şey yoxdur. Yol vergisi də, aksiz vergisi də, əlavə dəyər vergisi də benzin qiymətinin içərisindədir.Yəni biz benzin aldıqda, onu satan strukturlar ödədiyimiz puldan dövlət büdcəsinə vergi ödəyirlər. Xatırladığım qədər, yol vergisi 10 il əvvəl qiymətin içərisinə daxil edildi. Əvvəl texniki baxış zamanı verilirdi, sonra dəyişdirildi, yanacağın qiymətinə daxil edildi. Yəni, istehlak vergiləri - əlavə dəyər vergisi, aksiz, yol vergisi alış zamanı tutulur”.

Nəqliyyat ekspert Elməddin Muradlı da vurğulayıb ki, sürücülər üçün əlavə ödəniş nəzərdə tutulmayıb:

“Zatən benzinə və digər yanacaq növlərinə görə şirkətlər vergi ödəyirlər. Həmin vergidən vəsait tutulacaq. Sürücü burada heç nəyə əlavə pul ödəmir. Əvvəl yol vergisini biz ödəyirdik, amma sonradan dövlət başçısının qərarı ilə ölkəyə yanacaq gətirən, istehsal edən və satan hüquqi və fiziki şəxslər ödəməyə başladılar. Yəni o yol vergisini onlar ödəyir və illərdir bu sistem belə davam edir.Təzə bir vergi növü yaradılmayıb, sürücülərdən də heç kim heç nə tələb etmir”.

Lalə Novruz,
BakuPost

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Bu gündən Aİ-95 markalı benzin 20 faiz ucuzlaşır

    Bu gündən Aİ-95 markalı benzin 20 faiz ucuzlaşır ...

    15-07-2024, 10:30

  • Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

    Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - ...

    14-04-2025, 12:11

  • Yanacağın bahalaşması bazara da təsir etdi

    Yanacağın bahalaşması bazara da təsir etdi ...

    2-07-2024, 12:10

  • DİM taksi sürücülərini necə imtahan edəcək- RƏSMİ AÇIQLAMA

    DİM taksi sürücülərini necə imtahan edəcək- RƏSMİ ...

    1-06-2024, 18:46

  • Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola salınıb - Rəsmi

    Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola ...

    24-09-2023, 00:22



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

    “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

  • Bakıda qardaş iki bacısını bıçaqladı

    Bakıda qardaş iki bacısını bıçaqladı

  • Ləmbəranski bu qurumda müşavir oldu

    Ləmbəranski bu qurumda müşavir oldu

  • Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

    Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

  • Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

    Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

  • İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

  • Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

    Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

  • Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

    Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

  • "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

    "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

  • Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

  • İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

    İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

  • Zəfər abidəsindən - Fotolar

    Zəfər abidəsindən - Fotolar

  • Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

    Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

  • Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

    Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

  • Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

    Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

  • İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    © Copyright 2023, Bütün hüquqlar qorunur!