• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Özbəkistanda Eminə qarşı yazıların arxasında Kreml durur?

Tarix : 7-08-2025, 22:21 Oxunub : 20 Bölmə :Gündəm / İqtisadiyyat / Video / Manşet
Özbəkistanda “Sea Breeze” layihəsinin Çarvak bölgəsində həyata keçirilməsi ölkə ictimaiyyəti və iqtisadi ekspertlər arasında ciddi suallar doğurub.
Özbəkistanda Eminə qarşı yazıların arxasında Kreml durur?

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, layihəyə etirazların ictimaiyyətə çatdırılmasında iqtisadçı Otabek Bakirovun çıxışları və yarımmüxalif Anhor.uz platformasının yayımladığı videolar mühüm rol oynayıb.

İddialara görə, layihənin reallaşması üçün Emin Ağalarova 5 milyard dollar dəyərində kredit verilməsi, 577 hektar torpaq sahəsinin ayrılması, yolların, körpülərin və digər infrastrukturun isə dövlət büdcəsi hesabına tikilməsi nəzərdə tutulub. Ən çox tənqidə səbəb olan məqam isə odur ki, gəlir müəyyən faizlə Ağalarovlara çatacaq, ancaq mümkün risk və zərərlərin yükünü Özbəkistan dövləti daşıyacaq. Özbəkistandakı bir sıra ictimai xadimlər və media təmsilçiləri bu müqavilə modelini ədalətsiz hesab edirlər.

Sayt yazır ki, bu cür iddiaların qaldırılması və yönləndirilməsi ədalətsizdir. Böyük ehtimalla, bu ajiotajın arxasında Rusiya dayanır. Çünki hazırda Kreml Azərbaycanla qarşıdurma mərhələsində ölkəmizə yaxın hər kəsi hədəfə götürüb. Həmçinin “Crocus” şirkətlərinin sahibləri Ağalarovlar da ciddi şəkildə hədəfdədirlər.

Bu şirkətə qarşı həyata keçirilən qanlı terrorun məhkəməsindən istifadə edib, Araz Ağalarova təzyiq rıçağı yaradırlar.

Eminin bu tip irimiqyaslı layihələri həyata keçirməkdə böyük təcrübəsi olduğu danılmaz faktdır. O, artıq Azərbaycanın Abşeron yarımadasında, Nardaran kəndi ərazisində 1500 hektardan çox sahədə yerləşən “Sea Breeze” istirahət kompleksi layihəsini uğurla icra etməkdədir. Bu zona Bakı üçün yalnız turizm deyil, həm də urbanizasiya və sosial infrastruktur baxımından mühüm bir cazibə mərkəzinə çevrilib.

Ağalarovların brendi artıq təkcə Azərbaycanla məhdudlaşmır – Özbəkistandakı layihənin ardınca Türkiyənin Bodrum şəhərində də analoji turizm və yaşayış kompleksi layihələndirmə mərhələsinə qədəm qoyub. Bu fakt Ağalarovun artıq beynəlxalq miqyasda tanınan və tətbiq edilə bilən bir layihə modelinə sahib olduğunu göstərir.

Bu baxımdan, Emin Ağalarovun Özbəkistandakı “Sea Breeze” layihəsinin öhdəsindən gələcəyi qənaəti reallığa uyğundur. Çünki bu iş adamı artıq Azərbaycan təcrübəsində sübut edib ki, turizm infrastrukturu qurmaq, əraziləri cazibədar məkana çevirmək və böyük layihələri sıfırdan inşa edib uğurla idarə etmək bacarığına malikdir.

Gözləntilər ondan ibarətdir ki, Özbəkistan hökuməti bu layihə ilə bağlı şəffaflığı təmin edəcək, həm ictimaiyyəti, həm də investisiya mühitini razı salacaq balanslı model təqdim edəcək.

Eyni zamanda, Özbəkistan mediası da kənar təsirlərdən çıxaraq, Azərbaycan əsilli iş adamına və Abşeron markası olan “Sea Breeze” layihəsinə obyektiv yanaşacaq.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • EFSD Ermənistana 100 milyon dollar kredit verəcək

    EFSD Ermənistana 100 milyon dollar kredit verəcək ...

    26-07-2024, 11:12

  • Gürcüstanda leysan ciddi problemlər yaratdı: ƏHALİ ŞOKDADIR

    Gürcüstanda leysan ciddi problemlər yaratdı: ...

    18-06-2024, 19:44

  • Azərbaycan taekvondoçuları Özbəkistanda 12 medal qazandılar

    Azərbaycan taekvondoçuları Özbəkistanda 12 medal ...

    16-08-2024, 11:38

  • Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

    Azərbaycanda Özbəkistan mədəniyyət günləri ...

    1-08-2023, 12:45

  • ABŞ Polşanın hərbi ehtiyacları üçün 2 milyardlıq krediti təsdiqləyib

    ABŞ Polşanın hərbi ehtiyacları üçün 2 milyardlıq ...

    9-07-2024, 10:34



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

    “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

  • Bakıda qardaş iki bacısını bıçaqladı

    Bakıda qardaş iki bacısını bıçaqladı

  • Ləmbəranski bu qurumda müşavir oldu

    Ləmbəranski bu qurumda müşavir oldu

  • Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

    Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

  • Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

    Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

  • İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

  • Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

    Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

  • Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

    Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

  • "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

    "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

  • Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

  • İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

    İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

  • Zəfər abidəsindən - Fotolar

    Zəfər abidəsindən - Fotolar

  • Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

    Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

  • Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

    Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

  • Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

    Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

  • İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    © Copyright 2023, Bütün hüquqlar qorunur!