• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Daşkəsən Gənclər Təlim və İstirahət Mərkəzi böyük inkşaf yolu keçib

Tarix : 27-07-2025, 15:12 Oxunub : 46 Bölmə :Gündəm


Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi bu gün regionun ən nümunəvi gənclər məkanlarından biri kimi tanınırsa, bu uğurun arxasında güclü rəhbərlik komandasının dayandığını qeyd etməmək olmaz.

Turkdunyasi.az xəbər verir ki, mərkəzin direktoru Elşən Tağıyev, gənc yaşına baxmayaraq, 2022-ci ildən etibarən rəhbərlik etdiyi bu müəssisəyə yeni nəfəs, innovativ yanaşmalar və dinamik inkişaf gətirməyi bacarıb. Onun rəhbərliyi dövründə mərkəzdə həm infrastruktur baxımından, həm də təlim və təşkilatçılıq sahəsində böyük dəyişikliklər müşahidə olunub. Elşən Tağıyevin əsas hədəfi Daşkəsən kimi möhtəşəm təbiətə sahib bir rayonda yerləşən bu mərkəzi yalnız istirahət yeri deyil, eyni zamanda gənclərin maariflənməsi, sosiallaşması və fərdi inkişafı üçün strateji platformaya çevirmək olub.

Direktorun yaxın əməkdaşları – menecerlər Yasər Tağlı və Firuz Bəşirov da bu inkişaf prosesində mühüm rol oynayırlar. Yasər Tağlı mərkəzin gündəlik fəaliyyətinin operativ və nizamlı şəkildə həyata keçirilməsinə nəzarət etməklə yanaşı, qonaqların rahatlığını təmin edən təşkilati məsələlərə xüsusi diqqət ayırır. Onun təcrübəsi və məsuliyyətli yanaşması mərkəzin səmərəli idarə olunmasında özünü aydın göstərir.

Digər menecer – Firuz Bəşirov isə daha çox təlim, tədbir və proqramların planlaşdırılması, icrası və gənclərlə birbaşa ünsiyyət sahəsində fərqlənir. Onun təşəbbüsü ilə mərkəzdə bir çox maarifləndirici layihələr, sosial kampaniyalar və yaradıcı təlimlər həyata keçirilib. Firuz Bəşirovun enerjili və motivasiyaedici yanaşması gənclər arasında xüsusi rəğbət qazanıb.

Bu komanda sayəsində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi təkcə təbiətin gözəllikləri ilə deyil, həm də peşəkar idarəçilik modeli və yenilikçi yanaşmaları ilə seçilərək regionun gənclər üçün cazibədar məkanına çevrilib.

Daşkəsən rayonunun füsunkar təbiət qoynunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzi həm istirahət, həm də inkişaf üçün ideal məkandır. Mərkəz, ilboyu ölkənin müxtəlif bölgələrindən gələn qonaqları qonaqpərvərliklə qarşılayaraq onların həm rahatlığını, həm də maariflənməsini təmin edir.

Mərkəzin əsas üstünlüklərindən biri innovativ yanaşmalarla təşkil olunmuş təlim proqramlarıdır. Burada gənclərin şəxsi inkişafı, komandada işləmə bacarığı və sosial məsuliyyət mövzularında təlimlər müasir formatda keçirilir. İnteraktiv metodlardan istifadə olunması gənclərin prosesə aktiv qatılmasını və öyrəndiklərini real həyatla əlaqələndirməsini təmin edir.

Sərin dağ havası, ətrafı əhatə edən yaşıllıqlar və gözoxşayan mənzərələr, mərkəzin yerləşdiyi ərazini əsl istirahət məkanına çevirir. Təbiətlə təmasda olmaq istəyənlər üçün yürüş marşrutları, açıq hava tədbirləri və sakit guşələr yaradılıb.

Bir sözlə bura gələn hər bir qonaq, Elşən Tağıyevin rəhbərliyi altında o cümlədən səmimi və peşəkar personalın xidmətindən razı qalır.













Vetenpetverlertv.Az
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Gənclər bizim sabahımızdır-2 Ferval Gənclər Günü

    Gənclər bizim sabahımızdır-2 Ferval Gənclər Günü ...

    2-02-2024, 10:13

  • Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - FOTOLAR

    Mərkəz direktoru Masazırda yarım milyonluq villa ...

    3-07-2024, 15:39

  • Ölkədə diplomlu işsizlər artır… “Təhsildə keyfiyyət artmasa…” – Ekspert

    Ölkədə diplomlu işsizlər artır… “Təhsildə ...

    23-04-2025, 11:29

  • Bağ evlərinin gündən-günə bahalaşmasının SƏBƏBİ – EKSPERT AÇIQLADI

    Bağ evlərinin gündən-günə bahalaşmasının SƏBƏBİ – ...

    5-07-2024, 12:43

  • Abel Məhərrəmovdan Akademik oğruluq-Nabranda yeni istirahət mərkəzi tikir

    Abel Məhərrəmovdan Akademik oğruluq-Nabranda yeni ...

    2-07-2024, 12:18



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

    “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

  • Bakıda qardaş iki bacısını bıçaqladı

    Bakıda qardaş iki bacısını bıçaqladı

  • Ləmbəranski bu qurumda müşavir oldu

    Ləmbəranski bu qurumda müşavir oldu

  • Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

    Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

  • Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

    Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

  • İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

  • Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

    Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

  • Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

    Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

  • "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

    "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

  • Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

  • İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

    İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

  • Zəfər abidəsindən - Fotolar

    Zəfər abidəsindən - Fotolar

  • Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

    Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

  • Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

    Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

  • Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

    Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

  • İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    © Copyright 2023, Bütün hüquqlar qorunur!