• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İmişli rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqları sevək” adlı tədbir keçirilib

Tarix : 1-06-2023, 14:27 Oxunub : 163 Bölmə :Gündəm / Sosial
İmişli rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqları sevək” adlı tədbir keçirilib

Bu gün “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Şənlikdə şəhid övladları, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli uşaqlar iştirak ediblər.
Tədbirdə İmişli rayon icra hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyəti və media nümayəndələrinə xüsusi yer verilib.
Çıxış edən natiqlər uşaqların bayramını təbrik edib, onlara xoşbəxt gələcək arzulayıblar.
Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müxtəlif cür layihələr həyata keçirilir.
O, qeyd edib ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət onun layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu sahədə xüsusi əhəmiyyətli proqramlar həyata keçirilir. Tədbir konsert proqramı ilə davam etdirilib. İmişli rayon mədəniyyət evinin fəalları öz bacarıqlarını göstəriblər. Biri birindən gözəl rəqslər edilib, mahnılar oxunub və şeirlər söylənilib. Onların hazırladıqları maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda tədbirdə iştirak edən bütün uşaqlara
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub. Tədbiri "Zəfər yolu" inşa müsabiqəsinin qalibi Səmra Muxtarova yüksək səviyyədə idarə edib. Birlik sədri Yasəmən Qəyyumlu
xüsusi dəstəyə görə Elçin şadlıq sarayının rəsmisi Gülnarə xanıma təşəkkürünü bildirib.
Tədbir İmişli rayonunda fəaliyyət göstərən "Kral" şadlıq sarayında keçirilib.
Tədbirdə üç yüzə yaxın insan iştirak edib.
Fərid Səfərov
Birliyin mətbuat katibi




















Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Təşkilat sədri XIV Beynəlxalq İqtisadi Forumda iştirak edib.

    Təşkilat sədri XIV Beynəlxalq İqtisadi Forumda ...

    1-06-2023, 20:12

  • Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

    Bayram Səfərovun direktor qızı məktəbin ərazisini ...

    1-06-2023, 14:00

  • İlham Əliyev “Avropa siyasi birliyi” toplantısının açılış mərasimində iştirak edir - YENİLƏNİB

    İlham Əliyev “Avropa siyasi birliyi” ...

    1-06-2023, 14:02

  • Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO

    Bakıda film kimi olay: Ofisiant müştərinin ...

    1-06-2023, 14:56

  • Bakıda “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda konfrans keçirilib

    Bakıda “Gender bərabərliyi beynəlxalq insan ...

    1-06-2023, 23:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

    “Nəcməddin Mais Bərxudarovun mühasirəyə düşdüyünü biləndə dedi ki…” – ŞOK FAKTLAR

  • Bakıda qardaş iki bacısını bıçaqladı

    Bakıda qardaş iki bacısını bıçaqladı

  • Ləmbəranski bu qurumda müşavir oldu

    Ləmbəranski bu qurumda müşavir oldu

  • Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

    Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

  • Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

    Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyidir

  • İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT VİDEO FAKT

  • Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

    Sumqayıtda təhsil sistemində şəffaflığa kölgə salan iddialar – Direktor vəzifə səlahiyyətlərini aşır?

  • Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

    Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

  • "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

    "Haber Global": "İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib"

  • Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - Fotolar

  • İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

    İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Fotolar-Video

  • Zəfər abidəsindən - Fotolar

    Zəfər abidəsindən - Fotolar

  • Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

    Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".

  • Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

    Firad Əliyevə yüksək vəzifə verildi -VİDEO

  • Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

    Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

  • İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    İcra başçısı məşhur restoranın sahibini həbs etdirdi

    © Copyright 2023, Bütün hüquqlar qorunur!